Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış xidmətini dayandırıb


“Google” şirkəti “Realtime Search” axtarış xidmətini dayandırıb. “Realtime Search” səhifəsinə daxil olmaq istədikdə, URL ünvanın serverdə olmaması (404 xətası) barədə məlumat verilir.
“Google” nümayəndələri xidmətin iyul ayının 2-də “Twitter” ilə razılaşma müddətinin bitməsinə görə dayandırılmasını bildirib. Razılaşma 2009-cu ilin oktyabrında bağlanıb.
Müqavilənin şərtlərinə görə, “Twitter” “Google”a mikrobloqlarda yenicə dərc edilmiş materiallara giriş verirdi. Bunun sayəsində “Realtime Search” istifadəçiləri bu və ya digər mövzuda yazılanları real vaxt rejimində görə bilirdilər.
“Google” bəyanatında bildirib ki, “Realtime Search”in dayandırılması - müvəqqəti tədbirdir. Şirkət “Twitter” mikrobloqlar xidmətini "qiymətli partnyor" adlandırıb və onunla əməkdaşlığı yeniləmək imkanını axtaracağını bildirib. “Google” “Realtime Search”in yenidən işə salınma müddətini bildirməyib.




05/07/11    Çap et