Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” “İnternet TV” xidmətini istifadəyə verəcək


Dünyanın ən böyük prosessor istehsalçısı olan “İntel” şirkəti ABŞ bazarı üçün “İnternet TV” xidmətini hazırlayır və artıq mediaşirkətlər arasında partnyorlar axtarır. Bu barədə  etibarlı mənbələrə istinadən “The Wall Street Journal” nəşri məlumat verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “İntel” korporasiyası kabel televiziya operatorunun internet-analoqunu yaratmağı planlaşdırır. Nəticədə mediaşirkətlər telekanal paketlərini internet vasitəsilə  təklif edəcəklər.

Mənbələrin məlumatına görə, “İntel” şirkəti “İnternet-TV” xidmətini cari ilin sonuna qədər istifadəyə vermək niyyətindədir. Şirkət nümayəndələri bu informasiyanı təsdiqləməyiblər.
 


EMİL





13/03/12    Çap et