Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Bankda vahid elektron statistik məlumat bazası və analitik hesabatlıq sistemi yaradılacaq


Mərkəzi Bankda (MB) vahid elektron statistik məlumat bazası və analitik hesabatlıq sistemi (ESAS) yaradılacaq. “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, ESAS-ın formalaşdırılması qurumun yaxın illər üzrə planlarına daxildir.

Belə ki, qarşıdakı illərdə MB tərəfindən vahid elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin yaradılması məqsədilə məlumatların toplanması, emalı və yayımlanması proseslərinin vahid məkanda tam avtomatlaşdırılmasını təmin edən layihə həyata keciriləcək: ”Məcmu xarici borc və beynəlxalq investisiya balansı statistikasının tərtibi və yayımlanması məqsədilə müvafiq biznes proseslərinin yaradılması və inkişafı nəzərdə tutulur.

Real sektorun əhatəli monitorinq sisteminin yaradılması məqsədilə iqtisadi konyukturu ölçən və korporativ sektorda maliyyə vəziyyətini qiymətləndirən statistika bazasının formalaşdırılması planlaşdırılır”.
 
HƏQİQƏT





13/03/12    Çap et