Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində çalışıb


2012-ci il yanvar ayında Azərbaycanın müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin orta siyahı sayı 1361,7 min nəfər olub. Onların 844,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 517,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Eyni zamanda, iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1325,3 min nəfər çalışıb.

Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1321,9 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı və 78,6 faizi xidmət sahələrində cəmlənib.

Dövlət Statistika Komitəsindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,0 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2012-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 368,4 manat təşkil edib. Ötən ilin yanvar ayına nisbətən 8,5 faiz artım olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əməkhaqqı daha yüksək olub.

 
SEYMUR





13/03/12    Çap et