Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əfqanıstanda ilk qadın internet-kafesi açılıb


Əfqanıstanın paytaxtı Kabul şəhərində ölkədə yalnız qadınlar üçün ilk  internet-kafe  açılıb və onlara qadın heyəti xidmət edir. Bildirilib ki, internet-kafedə zərif cinsin nümayəndələri ərləri, qardaşları və ya ataları tərəfindən nəzarət olmadan internetdə sörfinq edə bilərlər. Belə kafenin açılmasının təşəbbüskarı "Dəyişikliklər üçün Əfqanıstanın Gənc qadınları" hərəkatı olub.

"Bizim apardığımız tədqiqatlar nəticəsində aydın olub ki, qadınları adi internet-kafedə tez-tez narahat edirlər, bir neçə saat ərzində kişilərin əhatəsində olmaq onlarda narahatlıq yaradır" – "YAWC" hərəkatından Zəfər Saleh bildirib. "

Mashable" internet-nəşri bildirib ki, internet-kafe 15 yaşlı qızın şərəfinə Səhər Gül adlandırılıb. Belə ki o, uzun müddət ərinin ailəsi və əri tərəfindən amansız təhqirlərə məruz qalıb.
 
EMİL
 





13/03/12    Çap et