Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT nəhənglərinin reklam bəhsi


“İnMobi” agentliyi bildirib ki, mobil qurğularda reklam nümayişlərində “Apple” şirkətinin payı cari ilin may ayında 19,5%-ə çatıb. Beləliklə, şirkət istehsalçılar arasında reklam nümayişlərinin sayına görə Avropada birinci yer tutub. “Apple” smartfonu bu cəhətdən ən məşhur qurğu ( 500 milyondan çox nümayiş) olub, “iPod touch” və “iPad 5” reytinqdə 5-ci və 6-cı yeri tutublar.
Bununla belə nümayişlərin rekord sayı qeyd edilən ən məşhur mobil əməliyyat sistemi “Android” olaraq qalır: “Android” əməliyyat sistemləri ilə işləyən smartfonlarda reklam demək olar ki, milyard dəfə nümayiş etdirilib. “iOS” qurğularda isə bu göstərici 700 milyondan bir qədər çoxdur.






05/07/11    Çap et