Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatı tam ödəniləcək


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə təsdiq olunmuş Bakının kənd və qəsəbələrinin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası istiqamətində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi nəzərdə tutulan tədbirlər planının icrasını davam etdirir.

BTRİB-in baş direktor müavini Xankişi Kişiyevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, proqramın birliyə aid olan hissəsində Bakının ətraf  kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə 15 elektron ATS-dən yarısı tikilib.

Bundan başqa tədbirlər planına uyğun olaraq Bakının Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının bütün kənd və qəsəbələrində mövcud olan bütün stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, avadanlıqların dəyişdirilməsi, xətt şəbəkəsinin müasirləşdirilməsi sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə də şərait yaradır. 
 
RƏVAN





13/03/12    Çap et