Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda yeni elektron ATS-lər istifadəyə veriləcək


“Aztelekom” İB regionlarda yeni elektron ATS-lər istifadəyə verəcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırlanan tədbirlər planına uyğun olaraq Yevlax rayonunun 32-ci məhəllə adlanan ərazisində qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbədə 560, Tərtər rayonunun Qapanlı kəndində 128, Oğuz rayonunun Qarabaldır kəndində 64, Astara rayonu Ojakəran kəndində 256, Göyçay rayonu Mirzəhüseynli kəndində 128 nömrə tutumlu Türkiyənin “KAREL” şirkətinin istehsalı olan “DS200” tipli elektron ATS-lər sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, sözügedən stansiyalar mərkəzi ATS-ə optik kabellərlə bağlanır ki, bu da sakinlərin telefon və  internet xidmətlərindən istifadəsinə şərait yaradır.



RƏVAN





14/03/12    Çap et