Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya müharibəsi texnologiyaları”


Ekspress-informasiyanın növbəti sayı “İnformasiya müharibəsi texnologiyaları” mövzusuna həsr olunub. Nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova, elmi redaktoru isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımovdur.

Kitabçada müasir dövrdə aktual məsələlərdən olan informasiya müharibəsində istifadə olunan texnologiyalar, onların yaratdığı problemlər araşdırılıb, bu texnologiyaların tətbiqində əsas hədəflərə toxunulub.

İnformasiya cəmiyyəti seriyasından olan ekspress-informasiyada informasiya qarşıdurması və şəbəkə müharibəsi problemlərinə baxılıb. İnformasiya hücumlarının xüsusiyyətləri və məqsədi təhlil edilib, reallaşdırılması mexanizmləri ilə bağlı təkliflər irəli sürülüb.





14/03/12    Çap et