Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə yarımkeçirici satışları 4 faiz artacaq


2012-ci ildə yarımkeçirici bazarındakı satışların həcmi 316 milyard dollar təşkil edəcək. “Gartner” analitik şirkətinin proqnozuna görə, 2011-ci illə müqayisədə artım 4 faiz təşkil edəcək.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-ci ildə əməli yaddaş (DRAM) seqmentində artım 0,9 faizə bərabər olacaq.

2012-ci ildə planşetlər üçün çip bazarı həcminin 9,5 milyard dollara qədər artacağı gözlənilir.
Proqnoza əsasən fərdi kompyuter üçün çip seqmenti 2012-ci ildə kompyuter tədarüklərinin 4.7 faiz yüksəlməsi fonunda 57,8 milyard dollara  qədər artacaq.
 




EMİL
 





14/03/12    Çap et