Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PlayStation 4” 2012-ci ildə çıxa bilər


Növbəti nəsil “Sony” oyun konsolunun istehsalı bu ilin sonunda başlana bilər. “PlayStation 4” konsolunun texniki xarakteristikaları haqqında informasiya hələ ki yoxdur.
Konsolun quraşdırılması ilə, indi “PlayStation 3”-ü istehsal edən “Foxconn” və “Pegatron Technology” şirkətləri məşğul olacaq. Yeniliyin debütü 2012-ci ilə nəzərdə tutulub.
Qeyd edək ki, “Nintendo” şirkəti də 2012-ci ilə yeni nəsil oyun konsolu satışlarının başlanğıcını nəzərdə tutub. “Wii U” konsolu 6,2 düyməli sensor ekran, innovasiyalı simsiz manipulyator, jiroskop, akselerometr, birləşdirilmiş kamera ilə təchiz ediləcək.




05/07/11    Çap et