Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Saat istehsalçısı smartfon istehsal edib (VİDEO)
İsveçrənin “TAG Heuer” bahalı saatlar istehsalçısı puldan korluq çəkməyənlər üçün nəzərdə tutulmuş yeni aksessuarını - “TAG Heuer” brendi altında 3700 dollarlıq “Android” smartfonunu elan edib. Məlumat üçün bildirim ki, bundan əvvəl həmin istehsalçı 2400 dollarlıq smartfon təqdim etmişdi.
Yeni smartfon “TAG Heuer Racer” adlanır. Smartfonun korpusu karbon lifi və titan ərintisindən hazırlanıb. Bundan əlavə, qurğuda şirkətin “saat” hazırlamaları da tətbiq edilib.
Nəticədə smartfon zərbəyə davamlıdır.Smartfonun “Android 4.0” platforması əsasında işlədiyi və dördnüvəli mobil prosessor ilə təchiz olunduğu məlumdur. Digər texniki xüsusiyyətlər haqqında heç bir məlumat verilməyib.