Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” düzgün yolda deyil


 "Google" şirkətinin texniki direktoru vəzifəsində təxminən 3 il çalışmış  Ceyms Uittaker korporasiyanı tərk etməsinin səbəbləri haqqında geniş  məlumat verib.

O, bu yaxınlarda "Microsoft" şirkətində işə düzəlib və şirkətin korporativ bloqunda internet-nəhəngin keçmişi və hazırkı vəziyyəti haqqında fikirləri ilə bölüşüb. Ceyms Uittakerin fikrinə görə, hazırda "Google" şirkəti düzgün istiqamətdə deyil.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, sabiq direktorun sözlərinə görə, Erik Şmidtin rəhbərliyi dövründə "Google" ilk növbədə yenilikçi İT şirkəti idi.

Bəli, korporasiya əvvəl də reklam hesabına mövcud idi, lakin bu, yalnız yeni texnologiyaların öyrənilməsi və tətbiq edilməsi üçün bir vasitə idi. "Google" şirkətinin rəhbəri vəzifəsində Larri Peyc keçdikdə isə şirkət reklam və "Facebook" sosial şəbəkəsi ilə rəqabətə həddindən çox aludə oldu. Bütün bunların nəticəsi kimi, il ərzində bir çox perspektivli layihələr bağlandı və "Google Labs" ləğv edildi.

"Google" şirkəti sosial şəbəkə layihələrinə istiqamətlənərək tamamilə səhv yol seçib. Əvvəlcə "Wave", "Buzz" və "Orkut" kimi cəhdlər edildi, daha sonra isə "Google+" sosial şəbəkəsi yaradıldı. Şirkət rəhbərliyi "Facebook" sosial şəbəkəsini onlayn-reklam bazarında özünə rəqib gördü. Larri Peycin təzyiqi ilə internet-korporasiyanın bütün əsas xidmətləri "Google+" sosial şəbəkəsi ilə inteqrasiya edildi.
 
EMİL
 





15/03/12    Çap et