Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nihad Axundov: «Satınalmalarla bağlı bütün məlumatlar internet vasitəsi ilə yayılır»
«Bizim rəsmi internet saytımız yeniləndikdən sonra bir sıra xidmətlər göstərilməyə başlanıldı. Hazırda satılan təşkilatlar bütün elanları, bildirişləri rəsmi internet saytımızda dərc edirlər. Bu da “Elektron hökumət”də satınalmaların birinci mərhələsi hesab olunur». Bu fikirləri Satınalmalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Nihad Axundov söyləyib.
O, «İCTnews» elektron xəbər xidmətinə deyib ki, adıçəkilən agentliyin rəsmi internet səhifəsi (tender.gov.az) vasitəsi ilə hər kəs şikayətini göndərə bilər: «Eləcə də onları maraqlandıran və bizim sahəyə aid olan məsələlərlə bağlı suallarını da verə bilərlər. Bu müraciətlərə də dərhal baxılır və təxirə salınmadan tədbirlər həyata keçirilir».
N.Axundov onu da əlavə edib ki, saytda, həmçinin agentliyin hesabatları, müqavilələr haqqında bildirişlər yerləşdirilir: «Üstəlik, keçirilən müsabiqələrin reyestri də sayta qoyulur ki, hər kəs bununla tanış ola bilsin».
SEYMUR
15/03/12 Çap et