Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakının Regional İnkişaf Planının elektron resursu istifadəyə verilib
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Regional İnkişaf Planının “www.boyukbaki.az” saytı istifadəyə verilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, saytda “layihə haqqında” bölməsində layihənin məzmunu, icraçılar və maraqlı tərəflər barədə ətraflı informasiyalar yerləşdirilib. “Sənədlər” bölməsində isə layihə sənədləri, tarix(ərazi və əhali baxımından), şəhərsalma və linklər yarımbölmələri yer alıb. Bundan əlavə, “sizin fikriniz” və “KİV” bölmələri istifadəçilərin ixtiyarına verilib.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Qeyd edək ki, “www.boyukbaki.az” elektron resursu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə "Böyük Bakının Regional İnkişaf Planı"(BBRİP) layihəsinin açılış toplantısı zamanı təqdim olunub.
CAHANGİR
15/03/12 Çap et