Haker qruplaşmasının öz stolüstü əməliyyat sistemi var?
“Anonymous” haker qruplaşması “Anonymous Dekstop OS” adlı öz stolüstü əməliyyat sisteminə malik olub. Əməliyyat sistemində saytlarda boşluqların axtarılması, “DOS” hücum simulyasiyası və digər hərəkətlərin yerinə yetirilməsi üçün həllər mövcuddur. Lakin, “Anonymous” haker qruplaşması bildirib ki, hazırlanmış stolüstü mühitin onlarla heç bir əlaqəsi yoxdur.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Anonymous OS” əməliyyat sistemi (ƏS) “Ubuntu” ƏS-nin üzərindən işləyir və “MATE” adlı qrafik interfeysdən ibarətdir. Hazırlamanı yükləməklə “Ubuntu” ƏS-nin istifadəçiləri “DOS Ddosim” simulyatoru, “SQL Poison” eksploit skaneri, şifrələrin qırılması üçün “John the Ripper” və bir sıra digər proqramlardan istifadə edə bilərlər.
Hazırlama yaradıcıları (
http://anonymous-os.tumblr.com) qeyd ediblər ki, onların hazırlaması maarifləndirici məqsəd, həmçinin saytların boşluqlar üzrə yoxlanılması üçün nəzərdə tutulub.
EMİL