Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Korporativ videokonfrans bazarının həcmi 2,7 milyard dollar təşkil edib
“International Data Corporation” (IDC) analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2011-ci ilin nəticəsinə görə, korporativ videokonfrans bazarının həcmi təxminən 2,7 milyard dollar təşkil edib. Məlumat üçün bildirim ki, bu nəticə keçən ilin göstəricisini 20,6% ötür.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Worldwide Enterprise Videoconferencing and Telepresence 2012-2016 Forecast” adlı hesabat-proqnozda qeyd edilib ki, 2012-ci ildə bu bazarda mənfəət 3.2 milyard dollara qədər artacaq.
EMİL
15/03/12 Çap et