Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gürcüstanda “Yeni media texnologiyaları və televiziya jurnalistikası” mövzusunda təlimlər keçiriləcək
“İnternyus-Azərbaycan” İctimai Birliyi Beynəlxalq Teledüşərgədə iştirak etmək üçün məktəblilər arasında seçim aparır. Birlikdən verilən məlumata görə, Beynəlxalq Teledüşərgə iyulun 24-dən avqustun 13-dək Gürcüstanın Çakvi şəhərində (Batumi yaxınlığında) təşkil olunacaq. Müsabiqədə iştirak etmək üçün orta məktəblərin 8 və 9-cu sinif şagirdləri dəvət olunurlar. Müsabiqənin şərtlərinə görə, onlar Azərbaycan və rus dillərini bilməli, yeni texnologiyalara, televiziya ixtisaslarına yiyələnməyə və yaradıcılığa həvəs göstərməlidirlər. Düşərgədə peşəkar xarici təlimçilər informasiya texnologiyalarının köməkliyi ilə “Yeni media texnologiyaları və televiziya jurnalistikası” mövzusunda təlimlər keçəcəklər.
05/07/11 Çap et