Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel Capital” ilin əvvəlindən startaplara 66 milyon dollar sərmayə yatırıb
“İntel” şirkətindən bu gün, martın 16-da bildiriblər ki, 2011-ci ildə onun “İntel Capital” investisiya bölməsi 89 yeni və 69 əlavə investisiya daxil olmaqla, 158 kapital qoyuluşu həyata keçirib.
Ümumilikdə 2011-ci ildə təxminən 526 milyon dollar sərmayə yatırılıb. Həmin sərmayənin 409 milyonu yeni kapital qoyuluşudur.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ildə investisiyalar regionlar üzrə aşağıdakı qaydada bölünüb:
• 13% – Hindistan, Yaponiya, Cənub-Şərqi Asiya
• 3% – Tayvan, Koreya
• 12% – Çin
• 14% – Qərbi Avropa və İsrail
• 6% – Yaxın Şərq, Mərkəzi və Şərqi Avropa, Rusiya
• 2% – Latın Amerikası, Meksika
• 49% – Şimali Amerika
Məlumat üçün bildirim ki, 1991-ci ildən etibarən “İntel Capital” investisiya bölməsi 51 ölkədə 1218-dən çox şirkətə $10,5 milyarddan yuxarı sərmayə yatırıb.
EMİL
16/03/12 Çap et