Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzi Kəşfiyyat İdarəsi insanları paltaryuyan maşınlar vasitəsilə izləyə biləcək
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Devid Petreus "əşyaların interneti" erasının başlanğıcı haqqında öz fikrini bildirib. Petreusun sözlərinə görə, istənilən qurğudan (yuyucu, qabyuyan maşın və s.) insanları izləmək üçün istifadə etmək olar. "Belə qurğular MKİ üçün sadəcə göydən düşmədir” - Petreus qeyd edib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, MKİ direktoru belə hesab edir ki, internetə qoşulmuş məişət qurğuları "maraq obyektləri"-nin izlənilməsini əhəmiyyətli dərəcədə sadələşdirəcək.
Qeyd edilir ki, MKİ Amerika vətəndaşlarını izləmə məsələsində qanunda nəzərdə tutulmuş çərçivələri gözləməlidir, lakin kəşfiyyat geolokasiya məlumatlarını rahat şəkildə toplaya bilər.
Hazırda koordinatın müəyyənləşdirilməsi üzrə qlobal sistem (GPS) bir çox elektron qurğularda istifadə olunur. Həmin qurğulara çıxış əldə etmək isə xüsusi xidmət orqanları üçün elə də çətin deyil. Zamanında ictimaiyyət və hüquq müdafiəçiləri ona hiddətlənmişdilər ki, insanları öz mobil telefonları vasitəsi ilə izləmək nə qədər asandır.
EMİL
16/03/12 Çap et