Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət”lə bağlı müzakirələr aparılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları 13-14 mart tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İnstitusional islahatlar və yaxşı idarəçilik üzrə İşçi Qrupunun növbəti iclasında iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd növbəti illər üçün Fəaliyyət Planının layihəsinin müzakirə edilməsi, insan resurslarının idarə edilməsi, elektron hökumət, şəffaflıq və korrupsiyaya qarşı mübarizə və digər sahələrdə üzv dövlətlər tərəfindən aparılan islahatlar, əldə edilən nailiyyətlər və qarşıya çıxan problemlər üzrə təcrübə mübadiləsi olub.

Azərbaycanla yanaşı, Türkiyə və Moldova respublikalarının, Ukraynanın, Rusiya Federasiyasının, Serbiyanın və digər dövlətlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva "Azərbaycanda dövlət qulluğu sistemində yeniliklər və perspektivlər" mövzusunda təqdimatla çıxış edərək iştirakçılara Azərbaycanda bu sahədə aparılan islahatlar, dövlət qulluğu sahəsində İKT-nin tətbiqi və elektron hökumət, insan resurslarının idarə edilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə əldə edilən uğurlar, tətbiq edilən yeniliklər və yaxın dövr üçün müəyyən edilmiş hədəflərlə bağlı ətraflı məlumat verib.

CAHANGİR




16/03/12    Çap et