Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli TV yayımı ilə bağlı əhali maarifləndirilir


Televiziya kanallarında vətəndaşların televizor alarkən rəqəmsal televiziyanı dəstəkləyən televizorlara üstünlük verməsi barədə  maarifləndirici reklam çarxları yayımlanır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu təşəbbüsü vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.

Aparılan araşdırmalar onu söyləməyə əsas verir ki, rəqəmsal televiziyaya qoşulmaq üçün lazım olan avadanlıq hal-hazırda vətəndaşlar tərəfindən istismar olunan televizorlara lazım ola bilər.

Ancaq bu sahədə mövcud problemin həll edilməsi məqsədilə  «Kür» Elektron Avadanlıqları İstehsalı Müəssisəsi rəqəmsal televiziya yayımının göstərilməsi üçün nəzərdə tutulan dekoderlərin istehsalını həyata keçirir.

Şirkətin baş direktoru Rizvan Osmanovun bildirdiyinə görə, istehsal olunan avadanlıqlar  müasir tələblərə cavab verməklə xaricdən gətirilən dekoderlərlə rəqabət apara bilir.
Zavod bu tip avadanlığı hələ 2010-cu ildə “Bakutel” sərgisində nümayiş etdirib.





17/03/12    Çap et