Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzQtel” “WİMAX” simsiz şəbəkəsinin fəaliyyət zonasını genişləndirir


"WİMAX" texnologiyaları üzrə internetə simsiz qoşulma xidmətləri göstərən "AzQtel" şirkəti regionlarda da fəaliyyətini genişləndirəcək. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Xidmətin sürət və keyfiyyəti siqnaldan və baza stansiyasına qədər olan məsafədən aslılı olacaq.

Bu gün "AzQtel" şirkəti "WİMAX" simsiz internet xidmətlərini Bakı şəhər ətrafında, Abşeron yarımadasında  və Sumqayıtda təqdim edir.

"WİMAX" texnologiyası internet şəbəkəsinə simmetrik simsiz genişzolaqlı radiogirişin təşkilinə, eləcə də orta və alçaq tikililərdə simli ADSL girişinə, yaxud digər girişlərə qoşulmaq mümkün olmayan rayonlarda bölünmüş lokal şəbəkələrin qurulmasına istiqamətləndirilib.

"WİMAX" şəbəkələri mobil rabitə şəbəkələrindəki prinsiplərə əsaslanır. Lakin onlardan fərqli olaraq, "WİMAX" baza stansiyası buraxılış gücü ilə 30-40 km-dən çox radiuslu ərazidə genişzolaqlı rabitəni təmin edir. Bunu kabellə qoşulma - 100 Mbit/san. ilə müqayisə etmək olar.





17/03/12    Çap et