Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mühasibat uçotu üzrə məsafədən təlimə maraq artır
GRBS təlim mərkəzi mühasibat uçotu üzrə regional səviyyədə məsafədən təlimlər təşkil edir. Gəncə , Lənkəran və Naxçıvanda yerləşən GRBS əməkdaşlıq şəbəkəsi öz aralarında VPN (Virtual Private Network - virtual özəl şəbəkə) şəbəkəsi ilə birləşib. Bu gün, mühasibat uçotu üzrə məsafədən təlim xidmətlərinin göstərilməsi üçün İT infrastrukturları mövcuddur.
Maliyyə hesabatı üzrə hazırlıq kursları respublika ərazisində fəaliyyət göstərən şirkətlərin və təşkilatların mühasibat uçotunun milli və beynəlxalq standartlarına keçməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Qeyd edək ki, GRBS (G&R Biznes Servis, LLC) 16 sentyabr 2004-cü ildə yaradılıb və təlimlər, beynəlxalq imtahanlara və ixtisasartırmalara hazırlıq və s. xidmətlər göstərir.
17/03/12 Çap et