Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya və internet divar kiosklarına tələbat artıb


Bu gün “KÜR” Elektron Avadanlıqları İstehsalı Müəssisəsi ikimonitorlu klavyalı informasiya kiosku, foto kiosk, informasiya kiosku, divar informasiya kiosku, internet kiosk və info kimi kioskların istehsalını davam etdirir.

Amma hazırda bu məhsullar sırasında informasiya və internet divar kiosklarına tələbat xeyli artıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə müəssisənin direktoru Rizvan Osmanov məlumat verib.

Direktor bildirib ki, müxtəlif növləri olan bu kioskların hər biri fərqli funksiyalara malikdir: ”Məsələn, info kiosk informasiya xarakterli kioskdur və bir cox məlumatları, xəbərləri mütəmadi olaraq izləmək üçün nəzərdə tutulur. İnternet kioskdan demək olar ki, bütün məqsədlər üçün istifadə oluna bilər.

Burada ister e-maillərə baxmaq, istər “Skype”-da əlaqə saxlamaq, video izləmək, zəng etmək belə mümkündür. Hazırda bu kiosklarımız Fövqəladə, Səhiyyə nazirliklərində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt mərkəzlərində, Dövlət Sosial Müdafiə Fondunda, Qafqaz  Universiteti, Bakı Dövlət Universiteti və bir çox yerlərdə mövcuddur”.

HƏQİQƏT





17/03/12    Çap et