Abituriyentlər ödəmə kartlarını internetdən və SMS-lə əldə edəcəklər
Abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə
http://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməklə
http://www.netmoney.az/ İnternet ünvanlarından əldə edə biləcəklər.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər “Azercell” və “Bakcell” nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər.
SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq: ”TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir”. Qurumdan o da qeyd edilib ki, ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18 faiz ƏDV də tutulur.
HƏQİQƏT