Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kağızlarda yazıları pozan çap sistemi yaradılıb


“Toshiba” şirkətinin elmi-tədqiqat bölməsi kağızlarda yazıları pozulan tonerli çap sistemi yaradıb. Yeni sistem bir kağızı bir neçə dəfə istifadə etməyə imkan verir.

Kağızdan yazınının pozulması ayrıca qurğu vasitəsilə həyata keçirilir. Bu zaman xüsusi tərkibli toner yüksək temperaturda görünməz olur. Beləliklə yeni çap sistemi ofisdə bir kağızı 5 dəfə istifadə etməyə imkan verir. Yeni toner yalnız xüsusi printerlərdə işləyəcək.

“Toshiba” şirkətinin mütəxəssislərinin fikrincə, kağız səhifəsində yalnız 5 dəfə yazıb-pozmaq mümkündür. Sistem, eyni zamanda, təkrar çapa yarasız kağızları seçib ayırır.

Şirkətdən verilən məlumata görə, yeni texnologiya casuslar üçün yararsızdır. Belə ki, xüsusi texnologiyalarla kağızdakı əvvəlki yazıları oxumaq çətin deyildir.
 





17/03/12    Çap et