Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB bayram günlərində xüsusi iş rejiminə keçəcək


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Novruz Bayramı günlərində ənənəvi olaraq xüsusi  iş rejiminə keçəcək. Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev “İCTnews” elektron xəbər xidmətinə məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar bayram günlərində əhali telefon rabitəsindən daha çox istifadə etdiyinə görə şəbəkənin yüklənməsi nəzərə alınaraq ilk növbədə meqatrafikin üstünlük təşkil etdiyi ərazilərdə lazımi kanalların sayı artırılıb. 

“Görülən qabaqlayıcı tədbirlərdən əlavə, birlikdə qərargah yaradılmaqla yanaşı, qovşaqların ATS-lərinin hər birində növbətçi işçilərin sayı artırılacaq və stansiyalara məsul şəxslər təhkim olunacaq: bununla da əhalinin fasiləsiz olaraq telefon rabitəsindən və genişzolaqlı internet xidmətindən yüksək səviyyədə istifadəsi təmin olunacaq” – Kişiyev bildirib.



CAHANGİR





17/03/12    Çap et