Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni kurikulumlara müvafiq elektron dərsliklər hazırlanacaq
Dünyanın əksər ölkələrində 12 illik olan ümumi təhsil sisteminə Azərbaycanda da keçidin təmin edilməsi nəzərdə tutulur. 12 illik ümumi təhsilə keçidlə əlaqədar mövcud təhsil proqramlarının (kurikulumların) yeniləşdirilməsi, kurikulumlarda ömür boyu təhsil üzrə əsas kompetensiyaların nəzərə alınması əsas hədəflərdəndir.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili üzrə təkmil mexanizmlərin yaradılması (repetitorluğun aradan qaldırılması) da qarşıdakı müddətdə görüləcək əsas işlərdəndir.
Bundan başqa, yeni kurikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resursların hazırlanması da planlaşdırılır: ”Dərsliklərin, komplektlərin variativ əsasda hazırlanması nəzərdə tutulur.
Yeni kurikulumların, qiymətləndirmə sisteminin, dərslik və dərs vəsaitlərinin, müasir təlim strategiyalarının, İKT-nin tətbiqi, müəllim hazırlığının təkmilləşdirilməsi yaxın gələcəkdə “hafizə”, “yaddaş” məktəbindən “məntiqi təfəkkür”, “həyati bacarıqlar” məktəbinə keçidi reallaşdırmaqla ölkəmizdə müasir ümumi təhsil modelinin qurulmasını təmin edəcək”.
HƏQİQƏT
19/03/12 Çap et