Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkətinin məlumat mərkəzi kanalizasiya suyu ilə soyudulur
“Google” şirkəti Corciya ştatının qərb hissəsində yerləşən məlumat mərkəzinin soyudulması üçün tualet suyundan istifadə edir. Məlumat üçün bildirim ki, “Google” korporasiyası Corciya ştatında məlumat mərkəzini 2007-ci ildə açıb və o, ilk əvvəllər şəhər sakinlərinin evlərindəki kranlara gələn su kəməri suyu ilə soyudulurdu.
Lakin tezliklə “Google” şirkətindən başa düşdülər ki, məlumat mərkəzlərinin soyudulması üçün istifadə edilən su heç də içməli keyfiyyətli olmalı deyil. “Google” şirkətindən bildiriblər ki, hazrda Corciyada yerləşən məlumat mərkəzi şəhər kanalizasiyası sisteminə verilən resirkulyasiya edilən su sisteminə keçib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, "sakinlər duş qəbul etdikdə və ya suyu unitaza tökdükdə onlar bizim məlumat mərkəzinin soyudulmasına kömək edirlər" – məlumat mərkəzində çalışan nümayəndələrdən biri olan Co Kava qeyd edib. Onun sözlərinə görə, “Google” şirkəti resirkulyasiya edilən sudan istifadə etməklə məlumat mərkəzinin soyudulması üçün lazımi xərcləri əhəmiyyətli dərəcədə azaldır.
"Biz pula qənaət edirik, lakin indiki halda pul əsas məqsəd deyil. Əsas məqsəd bizim ətraf mühitin müdafiəsi planı üzrə məsuliyyətimiz ilə bağlıdır” – o qeyd edib.
EMİL
19/03/12 Çap et