Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil əlavə istehsalçıları məlumatların ələ keçirilməsində ittiham edilir


ABŞ-da 13 insan “Path”, “Twitter”, “Apple” və “Facebook” kimi bir sıra mobil əlavə istehsalçılarına qarşı kollektiv məhkəmə iddiası verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, iddiaçılar şirkətləri onların hazırladıqları əlavələrin icazəsiz istifadəçilərin mobil qurğularından kontakt siyahılarını yükləməkdə ittiham ediblər.

18 şirkətə qarşı iddia verilib: “Path”, “Twitter”, “Apple”, “Facebook”, “Beluga”, “Yelp”, “Burbn”, “Instagram”, “Foursquare Labs”, “Gowalla”, “Foodspotting”, “Hipster”, “LinkedIn”, “Rovio Mobile”, “ZeptoLab UK”, “Chillingo”, “Electronic Arts” və “Kik”.





 
EMİL
 
 





19/03/12    Çap et