Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DQİDK əhaliyə 5 elektron xidmət göstərəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkə əhalisinə 5 elektron xidmət göstərəcək. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə komitənin Maliyyə təsərrüfat şöbəsinin müdiri Gündüz Məmmədov məlumat verib.
O bildirib ki, hazırda DQİDK-da ümumu server yaradılıb: "Bizdə daxili şəbəkə mövcuddur. Saytda xüsusu bölmə də yaradılıb. Bütün göstərəcəyimiz elektron xidmətlərin adları təsdiq olunub. 5 elektron xidmətin tam işləməsinə gəlincə isə bunu da proqramçı şirkət etməlidir. Bizim bu şirkətlə müqaviləmiz də mövcuddur.
Hazırda bir qədər maliyyə çətinliyi var. Bu məsələ yoluna qoyulduqdan sonra elektron xidmətlərin göstərilməsi tam təmin olunacaq".
SEYMUR
19/03/12 Çap et