İranda yeni pilotsuz uçuş aparatının istehsalına başlanılıb
İranda “Shahparak” adlı yeni pilotsuz uçuş aparatının istehsalına başlanılıb. Bu barədə İranın ingilis dilində olan “Press TV” kanalı məlumat verib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni pilotsuz təyyarə təxminən 4500 metr hündürlüyə qalxır, uçuş müddəti 3,5 saata bərabərdir və yükdaşıma qabiliyyəti 8 kiloqram təşkil edir,- layihənin direktoru Reza Danande Xakamabad telekanala bildirib.
Onun sözlərinə görə, uçuş aparatı 2 mühərrikə malikdir və çəkilmiş təsvirlərin ötürülməsi üçün 3 videokamera ilə təchiz edilib. O, həm hərbi, həm də mülki məqsədlər, həmçinin sərhədlərə keşik çəkmə, avtomobil nəqliyyatının hərəkətinə nəzarət və s. üçün istifadə edilə bilər.
EMİL