Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərekspresspoçt” RM Səhiyyənin İnformasiyalaşdırılma Mərkəzi ilə əməkdaşlığa başlayıb
Azərpoçt MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi ilə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılma Mərkəzi arasında müqavilə bağlanıb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə müəssisədən məlumat verilib.
Müqavilənin şərtlərinə görə, mərkəzin sifarişinə əsasən "Azərekspresspoçt" RM tərəfindən EMS-Express Mail Service ( göndərişlərin təcili çatdırılması xidməti ) və kuryer göndərişlərinin qəbulu, işlənməsi, daşınması və ünvançılara çatdırılması təmin olunacaq.
Müəssisə EMS və kuryer göndərişlərini EMS şəbəkəsi vasitəsilə operativ olaraq xaricdə və respublika daxilində yerləşən ünvançılara çatdırılmasını Qiymət və Çatdırma Bilgisində nəzərdə tutulmuş çatdırma müddətlərinə uyğun olaraq həyata keçirəcək.
CAHANGİR
19/03/12 Çap et