Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti 100 milyard dolları hara xərcləyir?
Amerikanın “Apple” şirkəti bu gün hesabında olan nağd pullar barəsində öz planları haqqında məlumat verəcək.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Apple” şirkəti hələ ki nağd pullarını hara xərcləyəcəyi ilə bağlı məlumatı dəqiqləşdirmir.
Analitiklərin fikrinə görə, Kaliforniya nəhəngi səhmdarlara dividend ödəməyə hazırlaşır.
Məlumat üçün bildirim ki, “Apple” şirkəti axırıncı dəfə 1995-ci ildə səhmdarlara dividend ödəyib.
EMİL
19/03/12 Çap et