Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” hakeri mükafatlandırıb


“Facebook Hacker Cup” müsabiqəsinin qalibi və 5000 dollar həcmində əsas mükafatın sahibi Sankt-Peterburq dövlət universitetinin 18 yaşlı tələbəsi Roman Andreyev olub. Müsabiqə iştirakçılarına 3 tapşırığı həll etmək təklif edilmişdi, lakin finalçıların hər biri yalnız 1 tapşırıq həll edə bilib. Roman Andreyev ikinci yeri tutmuş rəqibini cəmi 1 dəqiqə qabaqlaya bilib.


“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, ikinci yeri amerikalı Tomeka Çayki, üçüncü yeri isə Tyançenq Lyu tutub.

Müsabiqənin finalı “Facebook”-un Menlo-Parkda (Kaliforniya) yerləşən qərargahında keçirilib. Bu halda iştirakçıların yaşam xərclərini sosial şəbəkə ödəyib. Finalda qələbə üçün 25 iddiaçı iştirak edib.
Məlumat üçün bildirim ki, 2011-ci ildə “Facebook Hacker Cup” müsabiqəsinin qalibi, həmçinin rusiyalı olmuşdu. O, hər 3 tapşırığı yerinə yetirən yeganə şəxs idi.


EMİL






19/03/12    Çap et