Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə daxilində nə qədər pul göndərilib?
“Azərpoçt” MMC xidmət keyfiyyətinin artırılması istiqamətində yeni texnologiyaların tətbiqi ilə sürətli moniqram sistemi tətbiq etməklə yeni uğura imza atıb. Müəssisədən verilən məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində respublika üzrə 511 707 ədəd pul baratı qəbul edilərək, 509 762 ədəd pul baratı vətəndaşlara ödənilib. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 53 61 ədəd( 12%) , məbləği isə 15 845 827 manat (41%) çox olub. Qeyd edək ki, ölkə daxilində elektron pul mübadiləsinin tətbiqi, banklarla rəqabətdə geniş şəbəkəyə malik olması “Azərpoçt”MMC-ni bir addım öndə saxlayır.
05/07/11 Çap et