Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

O, “DVD” diskləri əvəz edəcək


"IHS Screen Digest" analitik firmasının proqnozuna görə, 2012-ci ildə amerikalılar ənənəvi DVD və ya "Blu-Ray" diskləri ilə müqayisədə internet vasitəsilə axın rejimində xeyli sayda film seyr edəcəklər.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, mütəxəssislərin hesablamalarına əsasən, 2011-ci ildə ABŞ sakinləri 1,4 milyard dəfə onlayn kinoya baxıblar.

Bu göstərici cari ildə 2,5 dəfə artaraq 3,4 milyard təşkil edəcək.  Eyni zamanda, 2012-ci ildə filmlərə optik daşıyıcılar vasitəsilə baxışların sayı 2,4  milyarda qədər azalacaq. Məlumat üçün qeyd edim ki, "Amazon" və "Netflix" xidmətləri pullu leqal məzmunun 94%-ni təmin edirlər.

Analitiklərin fikrincə, hazırda fiziki daşıyıcılar erasının sonu müşahidə olunur. Lakin onlardan tamamilə imtinaya hələ vaxt var.
 
EMİL





27/03/12    Çap et