Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə elektron kitabxana sistemi genişlənir


Gəncədə informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı kitabxana sisteminin də yeni texnologiyalar əsasında qurulmasına şərait yaradıb. Bu barədə məlumatı Gəncə şəhər Mərkəzi Kitabxananın şöbə müdiri Gülnaz İsmayılova verib. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhərində elektron kitabxanalara maraq artıb və bu şəbəkə günü-gündən genişlənir.

G.İsmayılova hazırda e-kitabxanaya on mindən çox kitabın daxil edildiyini bildirib. “Hazırda kitabxanaya daxil olan bütün yeni kitabların elektron nümunəsi hazırlanır”.Qeyd edək ki, ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasından 61 minə yaxın oxucu istifadə edib.
 





27/03/12    Çap et