Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil əlavələrin hazırlanmasına 18 milyon avro xərclənəcək


Tam Xəbər"Microsoft" və "Nokia" şirkətlərinin hər biri növbəti 3 il ərzində Finlandiyanın "Aalto" universiteti nəzdində həyata keçiriləcək "AppCampus" mobil əlavələr hazırlaması proqramına 9 milyon avro həcmində sərmayə yatıracaqlar.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, 2012-ci ilin fevralına olan məlumata əsasən, "Microsoft" korporasiyasının "Marketplace" mobil əlavələr internet mağazasındakı proqramların sayı təxminən 70 min təşkil edir. Müqayisə üçün bildirim ki, "iOS" və "Android" platformaları üçün mobil əlavələr internet-mağazasında yerləşdirilmiş proqramların sayı müvafiq olaraq 550 min və 450 min təşkil edir.

"AppCampus" proqramı minlərlə mobil əlavənin hazırlanmasından ötəri bütün dünyadan tələbə və sahibkarların cəlb edilməsi üçün yaradılıb" - press-relizdə bildirilib.

Şirkətlərin nümayəndələrinin iddialarına əsasən, 2012-ci ilin mayında başlanğıc götürən "AppCampus" proqramı həm "Windows Phone" mobil platforması üçün, həm də "Nokia"-nın öz platformaları üçün innovasiyalı mobil əlavələrin yaradılmasına kömək üçün nəzərdə tutulub.

"AppCampus" proqramına Finlandiyanın "Aalto" universitetinin  nümayəndələri rəhbərlik edəcəklər.
Məlumat üçün bildirim ki, 2011-ci ilin əvvəlində "Microsoft" korporasiyası və "Nokia" şirkəti arasında bağlanmış sazişə əsasən, "Windows Phone 7" platforması Finlandiyanın smartfon istehsalçısı üçün əsas əməliyyat sistemi olacaq. "Nokia" şirkəti artıq bu platforma ilə işləyən smartfonlar seriyası istehsal edib.





27/03/12    Çap et