Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan mütəxəssislər axtarılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK)
Təcrübə-Sınaq Mərkəzi (AzTEST) Şəki şəhərində yerləşən 4 saylı Ərazi şöbəsində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə SMPDK-nın mətbuat xidmətindən məlumat verilib.
Müsahibənin keçirildiyi vakant yerlərə gəlincə, komitəyə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyaları üzrə elektrotexniki, radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis, fiziki-kimyəvi, defektoskopiya qaz qarışıqları və qazanalizedici ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis, kütlə, mexaniki və həndəsi ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis tələb olunur. Sınaq laboratoriyası üzrə isə yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına mütəxəssis-kimyaçı və mütəxəssis-mikrobioloqa ehtiyac var.
Komitədən bildirilib ki, müsahibəyə müasir texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla işləməyi bacaran, yüksək peşə bacarıqlarına malik ali təhsilli, ixtisaslı mütəxəssislər dəvət olunur.
Müsahibədən uğurla keçmiş mütəxəssislər yüksək əmək haqqı ilə işə qəbul ediləcəklər. Onların vaxtaşırı ölkədaxili və xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirakı da təmin ediləcək. Müsahibədə iştirak etmək istəyənlər quruma müvafiq sənədləri təqdim etməlidirlər.
Sənədlərə ərizə, şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, hərbi biletin surəti, ali və sonrakı təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, sığorta kartının surəti və 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil daxildir.
Sənədlər əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kadrlar və ümumi şöbəsində (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) və 4 saylı Ərazi şöbəsində (Şəki şəhəri, M.Ə.Rəsulzadə, 156. AZ5500) 2012-ci il martın 28-dən aprel ayının 28-nə kimi saat 10:00-dan 17:00-dək (I-V günlər) qəbul olunur. Əlavə məlumatları (012) 449-99-59 və (077) 438-88 əlaqə telefonları ilə əldə etmək olar.
HƏQİQƏT
27/03/12 Çap et