Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsi “IBM” korporasiyasının 750 patentini satın alıb


Veb-mənbələrin məlumatına əsasən, “Facebook” sosial şəbəkəsi “IBM” korporasiyasının intellektual mülkiyyətinin satın alınması üzrə saziş bağlayıb.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Facebook” sosial şəbəkəsinin “IBM” korporasiyasından "proqram təminatı və şəbəkə texnologiyaları" ilə bağlı 750 patent satın aldığı bildirilib. “Facebook” şirkətinin nümayəndələri sazişin bağlanılması faktını təsdiq ediblər, lakin onun məbləği haqqında məlumat verməyiblər.

Satın alınmış intellektual mülkiyyətin “Facebook” sosial şəbəkəsini digər internet-şirkətlərin patent iddialarından müdafiəsinə kömək edəcəyi güman edilir.

Məlumat üçün bildirim ki, bu yaxınlarda “Yahoo” internet-şirkəti  “Facebook” sosial şəbəkəsini reklamın internetdə yerləşdirilməsi metodları, mesajların göndərilməsi, xəbər lentlərinin yaradılması və s.-ə aid  texnologiyaların qanunsuz istifadəsində ittiham edərək ona qarşı məhkəməyə iddia vermişdi.Hazırda “Facebook” sosial şəbəkəsinin auditoriyası 800 milyondan çoxdur.


EMİL





27/03/12    Çap et