Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SuperOnline” Bakıətrafı qəsəbələri əhatə zonasına daxil edir


“SuperOnline” internet provayderi Buzovna və Hövsan qəsəbələrində genişzolaqlı internet xidmətləri göstərməyə başlayıb.

 “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, internet-provayder artıq qeyd olunan qəsəbələrdə yerləşən 453 və 457 saylı ATS-lərdə ADSL avadanlığı quraşdıraraq abunəçilərə genişzolaqlı internet xidməti təqdim edir.

 Qeyd edək ki, indiyədək “SuperOnline”-ın xidmətindən 406, 421/ 422/520, 323, 428/ 429, 430/ 431/530, 432/ 433/ 434, 538/539/510/537, 440/441/449, 454/554, 455, 452/ 458, 371/372/373/579, 370/374/375/376/570, 477/478, 491, 492, 493/498/598, 596/594/595/597, 499, 502, 437, 550, 561/ 562/563, 564/565, 566/567/514, 568/569/513/560 ATS-lərinin abunəçiləri istifadə etmək imkanına malik idi.




CAHANGİR





27/03/12    Çap et