Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə təxminən 100 milyon “NFC” dəstəkli smartfon satılacaq


2012-ci ilin nəticəsinə görə, dünya istehsalçıları təxminən 100 milyon “Near Field Communuication” (NFC) dəstəkli smartfon satacaqlar. Bu göstərici isə 2011-ci ilin nəticəsini 3 dəfədən çox ötəcək. Məlumat üçün bildirim ki, “Near Field Communuication” yalnız yaxın bir sahədə, ünsiyyəti təmin edən kabelsiz ünsiyyət texnologiyasıdır.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Berg Insights” tədqiqat şirkətinin məlumatına görə, 2011-ci ildə təxminən 30 milyon “NFC” dəstəkli smartfon satılıb.

“Berg Insights” tədqiqat şirkətinin hesablamasına görə, 2016-cı ilədək “NFC” dəstəkli smartfonların satış həcmi ildə 700 milyon qurğuya qədər artacaq. “NFC” texnologiyası əsasən müxtəlif xidmətlərin kontaktsız üsulla ödənilməsi üçün istifadə olunur.Məlumat üçün bildirim ki, “NFC” çiplərin aparıcı istehsalçısı “NXP Semiconductors” şirkətidir.



 
EMİL
 





27/03/12    Çap et