Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fləş yaddaş bazarı zəifləyə bilər


“Samsung” yarımkeçirici biznesinin rəhbəri Kvon O Xen 2011-ci ilin ikinci yarısında mobil qurğu və televizor satışlarında enmə olacağını hesab edir. Onun fikrincə, ikinci yarımillikdə fləş yaddaşa da yüksək tələbat olmayacaq. Şirkət rəhbərinin qiymətləndirməsinə görə, çatdırmalar ilin əvvəlində olduğu səviyyədə qalacaq.
“The Wall Street Journal” qəzetinin müşahidəçiləri qeyd ediblər ki, istehsalçılar həddən artıq fləş yaddaş bolluğu ilə qarşılaşıblar, buna görə də şirkətlər istehsalı azaltmalı olacaq, qiymətləri isə endirəcəklər. Bu isə istifadəçilərin xeyrinədir, belə ki, onlar elektron texnikanı güzəştlə əldə edə biləcəklər.




05/07/11    Çap et