Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti memar Misa van der Rohenin ad gününü qeyd edib


“Google” internet-şirkəti alman memarı Lüdviq Misa van der Rohenin anadan olmasının 126 illiyini qeyd edib. Belə ki, axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqo bayram loqosu (dudl) ilə əvəz edilib.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Google” şirkətinin axtarış səhifəsinin ənənəvi loqosu çərşənbə axşamı “Kraun Holl”-un (İllinoys ştatının texniki institutunun arxitektura fakültəsinin binası) sxematik təsviri ilə əvəz edilib.

Binanın virtual "pəncərə"lərində “Google” adını yaradan rəngli hərfləri görmək mümkündür.
Lüdviq Mis van der Rohe 1886-cı il martın 27-də Almaniyanın Axen şəhərində doğulub. O, 1911-1912-ci illərdə Sankt-Peterburqda İsaakievski ərazisindəki alman səfirliyinin binasının tikintisinə rəhbərlik edib. 1929-cu ildə Barselonada keçirilən beynəlxalq sərgidə Almaniya pavilyonunun tikintisi memara dünya şöhrəti qazandırıb.

1930-cu illərin sonlarında nasist Almaniyasında qalmaq istəməyən Mis van der Rohe ABŞ-a gedib. O, orada İllinoys Texniki İnstitutuna rəhbərlik etmək təklifi alıb və kampusun yenidən qurulmasını, həmçinin Kraun Hollun tikilməsini təşkil edir.








Mis van der Rohe "universal" bina (bərabər sayda təkrarlanan dirəklərlə olan sadə şüşə paralelepiped) konsepsiyasını inkişaf etdirirdi. Onun belə layihələrindən biri daxili arakəsmələrsiz məşhur "Şüşə evdir" (Farnsuort-Xauz).

Məlumat üçün qeyd edim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu dudl ilə bayramlar, həmçinin əlamətdar tarixi hadisələr ilə bağlı dəyişdirir.
 
EMİL






27/03/12    Çap et