Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətlər maliyyə sektoru üçün getdikcə daha böyük təhlükələr yaradır


Dünyada kibercinayətlərin sayının artması mütəxəssislərin ciddi narahatçılığına səbəb olub. “PricewaterhouseCoopers” audit şirkəti tərəfindən dərc edilmiş məlumatlara əsasən, bu, maliyyə şirkətlərinin məruz qaldığı iqtisadi cinayətlərin ikinci ən yayılmış növüdür.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, kibercinayətlər kompyuter və internet vasitəsi ilə həyata keçirilir və şəxsi informasiyanın ələ keçirilməsi, sənaye casusluğu, nüfuza ziyan vurmaq, pul vəsaitlərinin oğurlanması və ya xidmətlərin işinin pozulmasından ibarətdir.

Maliyyə əməliyyatları ilə məşğul olan firmaların təxminən 50% respondenti qeyd edib ki, son 12 ay ərzində kiberhücumlara məruz qalmaq riski hiss olunacaq dərəcədə artıb.



 
EMİL
 





27/03/12    Çap et