Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı onlayn müraciət sistemi yaradılıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə Maliyyə Nazirliyində “qaynar xətt” yaradılıb.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar iş günləri saat 09:00-dan 18:00-dək (012)404-46-03 nömrəsinə zəng edərək onları maraqlandıran sualları ünvanlaya bilərlər.
Nazirlikdən o da bildirilir ki, bununla yanaşı, MN-in rəsmi internet səhifəsində fəaliyyətə başlayan onlayn müraciət bölməsi (emanet_info@maliyye.gov.az) vasitəsilə də suallara qısa zamanda cavab almaq mümkündür.
Seymur
27/03/12 Çap et