Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasındakı teleskoplar robotlaşdırılacaq


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasındakı (ŞAR) teleskoplar robotlaşdırılacaq.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev bildirib ki, havada yüksək duman, yağış müşahidə olunduqda teleskoplar avtomatik bağlanacaq, onların uzaqdan kompyuter vasitəsilə idarə olunması həyata keçiriləcək.

Kosmik obyektlərin öyrənilməsində istifadə edilən bu teleskopların avtomatlaşdırılmasının dünyada çox az rəsədxanalarda tətbiq olunduğunu söyləyən Ə.Quliyev teleskopların gücünü artırmaq üçün əlavə aparatların alınacağını, nəticədə rəsədxanadakı teleskopların effektivliyinin artacağını bildirib. Direktor deyib ki, hazırda ŞAR-da 6 teleskop mövcuddur. Onlardan 2-si günəş, 4-ü isə ulduz teleskopudur.





28/03/12    Çap et