Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın nümayəndə heyəti Avropa İnnovativ Müəllimlər Forumunda iştirak edib


Azərbaycan müəllimləri Lissabonda keçirilən 2012-ci ilin Avropa İnnovativ Müəllimlər Forumunda iştirak ediblər.

İKT İnformasiya Mərkəzindən bildiriblər ki, “Microsoft” korporasiyasının keçirdiyi forumda 40 ölkədən olan müəllimlərin 80-dən artıq layihəsi təqdim olunub. 

Azərbaycanı bu müsabiqədə Kəmalə Cəfərzadə (Bakı Avropa Liseyi), Nailə Həsənova (Bakının 55 nömrəli məktəbi) və Gülbəniz Camalova (Xarici Dillər Universiteti) təmsil etmişlər.

İştirakçılar “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Microsoft” tərəfindən Azərbaycanda keçirilən müsabiqənin qalibləridirlər.Azərbaycanın təqdim etdiyi təhsil layihələri ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə edib.
 
                                                   
 





28/03/12    Çap et